Hindistanın paytaxtı Yeni Dehlidə qeyd olunan Divali Festivalından (İşıqlar Festivalı) sonra havanın keyfiyyəti “təhlükəli” səviyyəyə çatıb.
Tezadlar.az xəbər verir ki, NDTV-yə görə, Yeni Dehli sakinləri qatı duman və azalmış görünürlüklə oyanıblar.
Hökumətə bağlı Mərkəzi Hava Çirklənməsinə Nəzarət Şurasının (CPCB) məlumatları Yeni Dehlidə qeydə alınan hava keyfiyyəti indeksində artım olduğunu göstərir.
Yeni Dehlidə orta hava keyfiyyəti indeksi dünən ölçülən “çox pis” səviyyə olan 350-dən “təhlükəli” hesab edilən 403-ə yüksəlib.
8 noyabrda paytaxtda qeyd olunan Divali Festivalı zamanı istifadə edilən atəşfəşanlığın hava çirkliliyinin artmasına səbəb olduğu güman edilir.
ELBAR







