Texnologiya dünyasındakı şəxslər ABŞ çip istehsalçısı Nvidia-nın direktorlar şurasına keçmiş baş direktoru Jensen Huangı vəzifəyə qaytarmaq üçün təzyiq göstərərkən, Huangın ABŞ Konqresinin üç komitəsi qarşısında qapalı iclaslarda ifadə verməyə razı olduğu bildirilib.
Tezadlar.az xəbər verir ki, “Financial Times” (FT) qəzetinin məlumatına görə, casusluqda ittiham olunan çinli iş adamı Alis Huang ilə münasibətləri iddialarından sonra 12 noyabrda istefa verən Huang yaxın ətrafı ilə birlikdə Nvidia-ya rəhbərlik etmək üçün geri qayıtmaq imkanını nəzərdən keçirir.
Huanga yaxın olanların dəstəyi ilə Silikon Vadisindən olan rəhbərlər şirkətin direktorlar şurasını və Ağ Evi onu vəzifəyə qaytarmağa inandırmaq üçün lobbiçilik səylərinə başlayıblar.
Tesla və SpaceX-in baş direktoru Elon Mask və bir çox digər texnologiya rəhbərləri Nvidia-nın həmtəsisçisi Jensen Huangın vəzifəyə bərpa olunmasını tələb edən petisiya imzalayıblar.
Huang ABŞ Konqresi qarşısında ifadə verəcək
Bu vaxt Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi, Kəşfiyyat Komitəsi və Çin Xüsusi Komitəsi Huang-ı Çinə qarşı ixrac məhdudiyyətlərini pozmaq iddiaları ilə bağlı qapalı iclasda dinləməyə hazırlaşır.
Çin Xüsusi Komitəsinin sədri Con Mulenar CBS News-a bildirib ki, Huang və şirkət nümayəndələri könüllü olaraq ifadə verməyə razılıq veriblər.
Mulenar konkret tarixlə bağlı müzakirələrin davam etdiyini, lakin tərəflərin komitə ilə əməkdaşlıq edəcəyini bildirib.
Hadisə
8 noyabrda Nvidia Direktorlar Şurası Jensen Huangın xarici kəşfiyyat fəaliyyətinin hədəfi olduğu barədə xəbərlərdən sonra müstəqil araşdırma başlatdığını elan edib.
İstintaq Huangın Pekin hökumətinə məlumat verdiyi iddia edilən çinli iş adamı Alis Huang ilə yaxın əlaqələrinin olduğu barədə xəbərlərdən sonra başlayıb.
Bunun ardınca Nvidia Huangın sədr, baş icraçı direktor və idarə heyəti üzvü vəzifələrindən dərhal istefa verdiyini və şirkətin vitse-prezidenti və baş maliyyə direktoru Colette Kressin müvəqqəti baş direktor təyin edildiyini açıqlayıb.
ELBAR







