Əsas məzmuna keç

Deputat dərsliklərdən danışıb: “Sönük cızma-qaralarını məktəb dərsliklərinə salıb qazanc əldə edənlər…”

tahir rzayev deputat

“…Övladlarımızın mənəviyyatını, dünyagörüşünü mənimsəməklə məşğuldurlar”

Tezadlar.az  xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat orta məktəb dərsliklərinin tərtibi və nəşri ilə bağlı narahatlığını da ifadə edib. O qeyd edib ki, bu məsələ cəmiyyətdə ciddi narahatlıq doğurur.

“Xarici ölkə müəlliflərinin bədii nümunələrini öz adlarına çıxan, milli-mənəvi dəyərlərimizə zidd, sönük cızma-qaraları məktəb dərsliklərinə salıb qazanc əldə edənlər tək ayrılan dövlət vəsaitlərini mənimsəmirlər, övladlarımızın mənəviyyatını, dünyagörüşünü mənimsəməklə məşğuldurlar. Bu barədə ciddi düşünülməli, əsaslı tədbirlər görülməlidir”, – deyə deputat vurğulayıb.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…