Əsas məzmuna keç

Qaradağda palçıq vulkanı püskürdü

Noyabrın 25-də Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb. Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Seysmoloji Xidmət Mərkəzindən Tezadlar.az-a bildirilib ki, püskürmə bir faza ilə xarakterizə olunub. Vulkan püskürməsi 15 dəqiqə davam edib. Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur. Püskürmə 2 kilometr dərinlikdə qeydə alınıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…