Əsas məzmuna keç

Qobustanın bu məktəblərinə yeni direktorlar təyin edildi – FOTO

mekteblere yeni direktorlar

Qobustan rayonunun ümumtəhsil məktəblərində yeni direktor təyinatları olub.

 Tezadlar.az xəbər verir ki,  bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, vakant direktor vəzifələrinə müsahibə mərhələsindən uğurla keçən namizədlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə təyin olunublar.

Belə ki, Aleksey Çernyayevski adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinə Ədalət Kamalov, Təklə kənd tam orta ümumtəhsil məktəbinə Gülnar Atamoğlanova, Xilmilli kənd tam orta ümumtəhsil məktəbinə Günel İmaməlizadə direktor təyin edilib.

Həmçinin Yaşar Sadiqov adına Çelov kənd ümumi orta ümumtəhsil məktəbinə Şahin İbrahimov, Rasim Hüseynov adına Cəyirli kənd ümumi orta ümumtəhsil məktəbinə isə Buğday Azadə direktor vəzifəsinə gətirilib.

Yeni təyin olunan direktorlar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qobustan rayon komitəsinin sədri Mahir Soltanov və Təhsil Sektorunun əməkdaşlarının iştirakı ilə məktəb kollektivlərinə təqdim olunublar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…