Əsas məzmuna keç

BDU tələbələrinin Məleykə Abbaszadəyə müraciəti araşdırılır

Bakı Dövlət Universitetidə (BDU) tələbələrin tədris prosesinə mane olan səs-küy problemi ilə bağlı şikayəti barədə araşdırma aparılır.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva KİV-ə bildirib ki, indiyədək bu mövzu haqqında heç bir tələbə tərəfindən rəsmi müraciət daxil olmayıb.

“Sözügedən məsələ ilə bağlı məlumatı sosial şəbəkələrdə görmüşük. İndiyədək bu mövzu haqqında heç bir tələbə tərəfindən rəsmi müraciət daxil olmayıb. Buna baxmayaraq, sosial şəbəkədə yayılan müraciət tərəfimizdən qiymətləndirilir və məsələnin aydınlaşdırılması istiqamətində zəruri araşdırma aparılır”.

Qeyd edək ki, BDU-nun tələbələri sosial media vasitəsilə yeni təyin olunmuş rektordan- Məleykə Abbaszadədən kömək istəyibilər.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…