Türkiyədə qadınlar arasında təşkil olunan qeyri-adi yarış sosial şəbəkələrdə maraq doğurub.
Tezadlar.az xəbər verir ki, iştirakçılar bir kiloqram balı ən qısa müddətdə yemək uğrunda bir-biri ilə mübarizə aparıblar. Gərgin rəqabətlə yadda qalan yarışın qalibi isə qarşısındakı bir kiloqram balı cəmi 12 saniyəyə bitirən iştirakçı olub.
Yarışdan yayılan görüntülər izləyicilər arasında müzakirələrə səbəb olub.







