Yaxınlaşan fırtına səbəbindən Nyu-Cersi ştatında fövqəladə vəziyyət elan edilib.
Tezadlar.az xəbər verir ki, Nyu-Cersi qubernatoru Miki Şerril bu barədə ABŞ-da yerləşən bir şirkətin sosial media hesabında açıqlama verib.
Şerril bildirib ki, güclü sahil fırtınası öncəsi yerli vaxtla saat 18:00-dan etibarən bütün ştatda fövqəladə vəziyyət elan edilib.
Şerr qeyd edib ki, cümə gününə qədər güclü külək və güclü yağış gözlənilir və insanları uzun müddətli elektrik kəsintilərinə, marşrut dəyişikliklərinə və yolların bağlanmasına hazır olmağa çağırıb.
ELBAR







