Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakının Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib…
Bununla bağlı bina mühafizəyə götürülüb və qazın verilişi müvəqqəti dayandırılıb, nəticədə bina sakinlərinin gecələməsi üçün Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları tərəfindən ərazidə çadırlar qurulub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, sakinlərin müvəqqəti qalması üçün nəzərdə tutulmuş çadırlar yaşayış üçün müvafiq şəraitlə təmin olunub.
Partlayışın əsl səbəbi araşdırılır.
A.Məmmədli