Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Fevral 2023 / 06:43

RUSİYANIN CANLI QÜVVƏ İTKİLƏRİ 200 MİNİ KEÇİB

Rusiyanın Ukraynadakı döyüş effektivliyinin xeyli aşağı düşməsini hər kəs bilir…

Belə ki, Ukrayna müharibəsindəki geriçəkilmələr, işğal edilmiş əraziləri təkrarən geri qaytarılması və s. bunu əyani sübut edir. Tezadlar.az ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun vı CNN-nin yaydığı məlumatına istinadla onu da bildirir ki, Rusiya qüvvələri Ukraynada indiyədək 200 minə yaxın canlı qüvvə sarıdan itki verib: “Donetsk vilayətinin Baxmut ətrafındakı döyüşlər nəticəsində Rusiya ordusunun itkilərinin sayı daha da artıb. Hər gün yüzlərlə hərbçi Baxmut bölgəsində ölür və ya yaralanır. Ukraynadakı müharibədə Rusiya itkilərinin sayının yüksək olması Rusiya ordusunun döyüş effektivliyinə mənfi təsir göstərir. Rusiya ordusu növbəti hücumlara hazırlaşır. Bu isə səfərbərliyin ikinci dalğasını qaçılmaz edir”.

Rusiya prezidenti Vladimir Putin isə əksinə, yaxın zamanlarda Ukrayna üzərinə genişmiqyaslı hücuma keçiriləcəyini təşviq edib. Lakin bu iddia artıq sirr deyil, ABŞ mənbələri tərəfindən açıqlanıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!