Əsas məzmuna keç

TÜRKİYƏNİN CƏNUBUNDA 4,4 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Bu gün Türkiyənin cənubunda Suriya ilə sərhəddə 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 210 min insanın yaşadığı Antakya şəhərindən 25 km cənub-qərbdə yerləşib. Mənbə 2 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…