Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatı və Xəzər TV-nin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Sonsuz sevgilərlə Novruz”adlı konsert proqramı təşkil olunub.
Tədbirə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları, ziyalılar və rayon sakinləri qatılıblar.
Konsertdə bir çox məşhur incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər.
Tədbir sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.