15 Dekabr 2023 / 08:05

İLHAM ƏLİYEVİN PREZİDENTLİYƏ NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLÜB

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Tezadlar.az bildirir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib. Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!