19 Yanvar 2024 / 14:17

TÜRKİYƏ VƏ AZƏRBAYCAN ARASINDA MEDİA SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ MÜZAKİRƏ EDİLİB

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. 

TEZADLAR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə F.Altun “X”də yazıb.

O qeyd edib ki, Türkiyı və Azərbaycan kommunikasiya və media sahəsində, həmçinin dezinformasiya ilə mübarizədə əməkdaşlığı gücləndirməyə böyük əhəmiyyət verir. Bundan sonra da media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirəcək, beynəlxalq müstəvidə iki dost və qardaş ölkə olaraq həqiqət uğrunda mübarizəmizi davam etdirəcəyik.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!