11 Mart 2024 / 09:05

“AZƏRİQAZ”IN DİREKTORU TƏZƏLƏNDİ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.

Onu bu vəzifədə İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədov əvəz edib. Hansı ki, A.Məmmədov 2023-cü ilin mart ayına qədər “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.

Lakin Ruslan Əliyevin vəzifəsindən azad edilməsinin səbəbi hələki məlum deyil. O, son vaxtlar vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində maraqlı layihələrə imza atmaqda idi.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!