Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin konstitusiyasıdır…
Tezadlar.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı martın 18-də Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə Abşeron Mədəniyyət evində keçirilən tədbirdə deyib. O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2021-ci ildə Şuşa şəhərində iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsi imzalanıb: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin konstitusiyasıdır. Bu sənəd düşmənın ürəyinə sancılan oxdur”.
C.Bağçı vurğulayıb ki, Ankara Bakı ilə sarsılmaz qardaşlığını, həmrəyliyini, güclü müttəfiqlik münasibətlərini və əməkdaşlığını gələcəkdə daha da inkişaf etdirəcək: “Biz bunları tariximizdən miras olaraq almşıq. Bu əməkdaşlığı prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin liderliyində heç bir maneə tanımadan davam etdirəcəyik”.