20 Mart 2024 / 06:46

BAHAR BU DƏFƏ QARABAĞIN HƏR YERİNƏ GƏLİB

Azərbaycana yaz fəsli gəlib…

Tezadlar.az xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 07:06:21-də qeydə alınıb.

Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayır.​

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Qeyd edək ki, martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur. 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!