Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

S.Məmmədova ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri bu nəcib təşəbbüsə qoşulmağa və ağacəkmə tədbirlərində yaxından iştiraka dəvət edib.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.
Nazirliyin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova “TEZADLAR.AZ”a bildirib ki, payız ağac əkini başlayandan bu günədək ölkə ərazisində ümumilikdə 108 hektar ərazidə 125 235 ədəd müxtəlif cinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 1320 kiloqram toxum səpilib.
S.Məmmədova ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri bu nəcib təşəbbüsə qoşulmağa və ağacəkmə tədbirlərində yaxından iştiraka dəvət edib.