Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Dünən “Gürcü arzusu” partiyasının üzvləri və Rustavi şəhərinin meri Nino Latsabidze, seçki kampaniyası çərçivəsində Rustavidə yerli azərbaycanlılarla görüş keçirib.
Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, sözügedən görüşü işıqlandıran “Rustavi2” telekanalı iştirak edən Gürcüstan azərbaycanlılarını “diaspora” kimi təqdim edib. Xəbər başlığında “”Gürcü Arzusu” üzvləri Rustavidə Azərbaycan diasporasının nümayəndələri ilə görüşüb” deyə qeyd olunması Gürcüstan azərbaycanlıları tərəfindən sərt etirazla qarşılanıb. Bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyinə və TV-kanalın rəhbərliyinə şikayət edilib.
A.Məmmədli