Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Xətai Rayon Məhkəməsi “Toplum TV işi” üzrə təqsirləndirilən jurnalistlərin ilkin həbs müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.
Beləliklə, Demokratik Təşəbbüslər İnstitutunun direktoru Akif Qurbanov; həmin qurumun üzvü Ruslan İzzətl; fəallar İlkin Əmrahov və Ramil Babayev, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və bu nəşrin əməkdaşları Müşfiq Cabbar və əli Zeynalovun həbs müddəti daha üç ay – aprelin 6-dək uzadılıb.
Vəkillər iş üzrə təqsirləndirilən şəxslərin saxlanılmasının əsassız olduğunu bildiriblər və məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədirlər.
Tezadlar.az xatırladır ki, bu ilin martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs edilib, iki nəfər polis nəzarətinə verilib.