Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hacıqabulda baş verən yol qəzasında ölənlərin sayı 3-ə çatıb.
Tezadlar.az Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinadla bildirir ki, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən 2018-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı da orada həyatını itirib.
Qeyd edək ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ 2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ 2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı bir ailənin 4 üzvü-Sabirabad sakinləri, 2016-cı il təvəçlüdlü Qəhəmanov Yusif Zamin oğlu, 2018-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı, 1990-cı il təvəllüdlü Qəhrəmanlı Vilayət Rzaxan oğlu, Bakı sakini, 2016-cı il təvəllüdlü Sarıyev Elvin Elşən oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Daha 2 nəfər ambulator yardım alıb. Faktla bağlı araşdırma aparılır.