Əsas məzmuna keç

Xəzər Universiteti rektorunun istefa səbəbi bilindi

Bu gün Xəzər Universitetinin rektoru İradə Xəlilova tutduğu vəzifəsindən könüllü istefa verib. Universitetdən “Təzadlar”a bildirilib ki, rektor elmi fəaliyyəti ilə bağlı bu vəzifəsindən ayrılıb.

***

ARAYIŞ: İradə Xəlilova biologiya elmləri üzrə fəlsəfə doktorudur.  1983-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Biokimya şöbəsinin baş elmi işçisi olub. 2014-cü ilin iyul ayına kimi Yeni Zelandiyanın Otaqo Universitetinin Patologiya kafedrasının tədqiqat mərkəzində elmi işçi və baş elmi işçi kimi çalışıb. 2014-cü ilin sentyabr ayından Xəzər Universitetində biologiya elmləri kafedrasının müdiri kimi işə başlayıb, 2015-ci ilin oktyabrında Hüceyrə Patologiyası Tədqiqat Mərkəzini direktoru təyin olunub.  Bir neçə ilə əvvəl Xəzər Universitetinə rektor təyin olunub. 20-dən çox elmi məqalənin müəllifidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…