Bu gün Xəzər Universitetinin rektoru İradə Xəlilova tutduğu vəzifəsindən könüllü istefa verib. Universitetdən “Təzadlar”a bildirilib ki, rektor elmi fəaliyyəti ilə bağlı bu vəzifəsindən ayrılıb.
***
ARAYIŞ: İradə Xəlilova biologiya elmləri üzrə fəlsəfə doktorudur. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Biokimya şöbəsinin baş elmi işçisi olub. 2014-cü ilin iyul ayına kimi Yeni Zelandiyanın Otaqo Universitetinin Patologiya kafedrasının tədqiqat mərkəzində elmi işçi və baş elmi işçi kimi çalışıb. 2014-cü ilin sentyabr ayından Xəzər Universitetində biologiya elmləri kafedrasının müdiri kimi işə başlayıb, 2015-ci ilin oktyabrında Hüceyrə Patologiyası Tədqiqat Mərkəzini direktoru təyin olunub. Bir neçə ilə əvvəl Xəzər Universitetinə rektor təyin olunub. 20-dən çox elmi məqalənin müəllifidir.