5 Aprel 2025 / 13:41

Ukrayna rəsmiləri poliqrafiya testindən keçiriləcək

Ukrayna prezidenti Vladimir Zelenski yerin təki ilə bağlı sövdələşmənin təfərrüatlarını hansı hökumət məmurunun sızdırdığını müəyyənləşdirməyi tapşırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) yazır.

Buna Ali Radanın deputatlarından birinin razılaşmanın təfərrüatlarını dərc etməsi səbəb olub. Zelenski sızıntını qəribə adlandırıb.

İndi Ukrayna lideri poliqrafdan istifadə edərək sızmanın günahkarını müəyyən etməyi əmr edib, – FT iddia edir. Nəşrin müsahibə verdiyi Ukrayna rəsmiləri bir neçə nazirliyin əməkdaşlarının artıq yalan detektoru ilə sınaqdan keçirildiyini bildiriblər.

Bundan əvvəl Ali Rada sənədin birinci variantının imzalanmamasından sonra yerin təki sövdələşməsinin şərtlərinin sərtləşdirildiyini elan etmişdi. Onlar bildiriblər ki, ABŞ prezidenti Donald Tramp eyni anda Kiyevə bir neçə ultimatum verib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!