7 Aprel 2025 / 08:31

AYNA-nın yolları daraltma siyasəti: Bakının bu dəfə 17 prospekt və yollarında hərəkət çətinləşib- SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Tezadlar.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bu da həmin yolların siyahısı:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

13. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

16. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

17. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Dəfələrlə demişik və yazmışıq ki, AYNA yaradılandan və Anar Rzayev bu quruma rəhbər təyin ediləndən Bakının günü qaradır. Əvəllər də yollarda sıxlıq olardı, amma bu dərəcədə yox, səbəb isə odur ki, AYNA rəhbərliyi tıxaclarla, yollarla mübarizə aparır. Yollar daraldılıb yersiz halda velosipedçilərə və parklamalara ayrılır, bəzi hallarda zərurət olmadığl halda isə avtobus zolaqlarının olması da tıxaclara səbəb olur.

Beləliklə, paytaxt yollarının genişləndirilməməsi, əksinə, getdikcə daraldılması Bakıda həlli mümkünsüz tıxaclara səbəb olmaqdadır. Nəticədə paytaxtın digər dövlət strukturları da, məsələn, DYP və s., tıxaclarla mübarizəyə cəlbd edilməkdədir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!