Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ekiz heyvan balası, ekiz uşaq… görmüşdük, amma ekiz sayta da rast gəlməli oluruq. Belə ki, dələduzlar orijinala oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar. Tezadlar.az xatırladır ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev özünün sosial media hesabında yazır: “Fişinq saytlarını ilk baxışdan orijinaldan ayırmaq çətindir, lakin bu mümkündür. Ünvanın https ilə başladığına əmin olun, domen adında hərflərə və rəqəmlərə diqqət etməlisiniz. Həmin saytların tələb etdiyi qaydaları ilə məbləğindən asılı olmayaraq onlayn ödəniş etsəniz şəxsi məlumatlarınız oğurlanacaqdır. Məsələn, “I” yerinə “1” və ya “o” hərfi yerinə “0” kimi aldatmalarının olub-olmadığını yoxlayın”.
Bu tələlərə düşüb aldanmamaq və zərərçəkmişə çevrilməmək üçün diqqətli və ehtiyatlı olmaq yetər!
Y.Məmmədli