7 Aprel 2025 / 12:42

Bakının Vəxtiyar Vahabzadə küçəsi də velosipedləşdirildi…

…Gülməyin, ustad şairin nə vaxtsa velosiped sürdüyünü, nə də vu nəqliyyat vasitəsinə dair bir şeirini oxumamışam… Amma BDU-da uzun illər dərs dediyi üçün adını BDU-nun qarşısındakı küçəyə veriblər…

***

Bu gün isə görürəm ki, B.Vahabzadə küçəsində (BDU-nun qarşısı, həmişə tıxaclı olan küçədir) 4 zolaqlı yolun birini çoxdan parklama eləmişdilər, indi bir zolağı da kəsib velosipedli ediblər… Deyəsən, AYNA rəhbəri Anar Rzayevin velosiped zavodu var… Axı bu küçə onsuz da nəqliyyat sıxlığı ilə diqqətdə olub, indi yolu daraldıb 1-2 velosipedçiyə görə minlərlə adama tıxac zülmü yaşatmaq hansı məntiqə sığır??? Halbuki velosipedçilər üçün, əgər olsa, birtərəfli yolun iki səkisində ensiz bir cığır yaratmaq olardı. Velosipedə isə avtobus enində yol ayırıblar.

Gülməli, həm də ağlamalı vəziyyətdir!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!