8 Aprel 2025 / 12:05

Göyçayda yas mərasimində 8 qadın xəsarət alıb-SƏBƏB

Göyçay rayonunda yas mərasimi zamanı evin eyvanı uçub, 8 nəfər xəsarət alıb.  TƏBİB-dən “Təzadlar”a bildirilib ki, aprelin 7-də saat 13:00 radələrində Göyçay rayonunun Qarayazı kəndində yas mərasimi zamanı eyvanın aşması nəticəsində xəsarət alan 8 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub. Onlardan 1966, 1963, 1973, 1969, 1976, 1960 və 1962-ci il təvəllüdlü 7 nəfərə (qadın) ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.

Ev shibinin ustasının naşılığı belə bir bədbəxt hadisə ilə nəticələndi.

Elşad

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!