Əsas məzmuna keç

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi olur

Gözlənilmədiyi halda, bu gün Milli Məclisin gündəliyi dəyişib. Tezadlar.az Milli Məclisin saytına istinadla xatırladır ki, gündəlikdə olan məsələlərin sayı 21-dən 22-yə çatdırılıb. Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ gündəliyə daxil edilib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur. Bu yaxınlarda isə Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi artırılıb. Ola bilər ki, Xanlar Vəliyev gələcəkdə bu məhkəmənin sədri də təyin edilsin.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…