11 Aprel 2025 / 10:50

İldırım və yağış nəticəsində 100-ə yaxın insan həlak olub

Hindistan və Nepalın bəzi hissələrini vuran ildırım çaxması və leysan yağışları nəticəsində 100-ə yaxın insan həlak olub.

Tezadlar.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.

Hindistanın şərqindəki Bihar ştatında kəskin hava şəraiti nəticəsində azı 64 nəfər ölüb. “Press Trust of India”-nın məlumatına görə, ştatda ildırım vurması nəticəsində azı 25 nəfər həlak olub.

“Nalanda 18 ölüm, ardınca Sivanda iki, Katihar, Darbhanga, Begusarai, Bhagalpur və Cihanabadda isə bir ölüm qeydə alıb”, – agentlik Baş Nazirlik Ofisinin bəyanatına istinadən bildirib.

Hindistan mediasının məlumatına görə, Hindistanın ən sıx məskunlaşdığı Uttar Pradeş ştatında pis hava şəraiti səbəbindən 20-dən çox adam ölüb.

Hindistanın mərkəzi və şərqində tufan, şimşək çaxması və güclü küləklə müşayiət olunan güclü yağışlar aprelin 12-nə kimi davam edəcək.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!