…İstər ali məktəblərə tələbə qəbulunda, istərsə də buraxılış imtahanlarında test suallarının əndazəni keçdiyi barədə çoxsaylı müzakirələr, təkliflər, iradlar olsa da, Dövlət İmtahan Mərkəzinin optimal rəyi, fəaliyyət nəticəsi görünmür. Soaial mediada yayılan rəsmi rəqəmlər də təsdiqləyir ki, təkcə bu il 2 və 9 martda keçirilən 11-ci siniflərin buraxılış imtahanın nəticələri elan edildikdən sonra ümumilikdə 10 min 981 nəfər apellyasiya müraciəti edib. Onlardan 6305-i 2 mart, 4676-sı isə 9 mart tarixində keçirilən buraxılış imtahanında iştirak edənlərdir. Hansı ki, Dövlət İmtahan Mərkəzinin rəhbərliyi bu rəqəmlərin arxasında nələrin olduğunun fərqində olmalıdır, problem ciddi nəzarətə alınmalıdır. Sahə eksperti Taleh Şahsuvarlı da məsələyə sərt reaksiya verərək yazır: “…Xüsusən də gənc, enerjili və özünü aktuallaşdırma dövrünü yaşayan sosial seqment vasitəsi ilə cəmiyyətdə neqativ dib dalğalanmalarının yaranmasında Məleykə Abbaszadənin və çevrəsindəkilərin marağı nədir, bu, araşdırılmalıdır. Qarşıdan qəbul imtahanları gəlir. Qəbul imtahanlarından öncə DİM bu anti-rekordu cəmiyyətə və dövlətə izah etməlidir. Bu, DİM Nizamnaməsinin 3.1.34 bəndinə əsasən onun birbaşa vəzifəsidir”.
Bəs DİM-də bu barədə nə düşünürlər? Belə bir uyğunsuzluğun səbəbi ciddi şəkildə araşdırılmalıdır.
A.Məmmədli