Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı Xankəndi şəhərində əmək yarmarkası keçirəcək.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbir 4 iyun 2025-ci il tarixdə, saat 11:00-da filialın Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında (Xankəndi şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsi, 47) təşkil olunacaq.
“Qoç ət” Kəndli Fermer Təsərrüfatı” MMC-nin dəstəyi ilə keçiriləcək yarmarkada Xocalı rayonu üzrə həmin müəssisəyə aid mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və s. iş yerləri üzrə vakansiyaların çıxarılması nəzərdə tutulub.
Aktiv məşğulluq tədbirində bu vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.