Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 May 2025 / 11:17

Türkiyədən və Gürcüstandan olan din xadimləri Şuşada…

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycana səfər edən Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşaya səfər ediblər. Tezadlar.az xəbər verir ki, din xadimlərindən ibarət nümayəndə heyəti mayın 31-də Şuşa şəhərində tarixi məkanlar, o cümlədən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri və Cıdır düzü ilə tanış olacaq.

Qeyd edək ki, səfər xaricdə yaşayan həmvətənlərlə dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədi daşıyır.

30-dan çox azərbaycanlı din xadiminin qatıldığı səfər iyunun 2-dək davam edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!