Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2025 / 00:16

“OBA marketlər şəbəkəsi” işçi axtarır

OBA marketlər şəbəkəsi

Maddi Vəsaitlər üzrə Mühasib

Son tarix 03 iyl 2025 –  – cv@oba.az

Təsvir

  • Maddi və əsas vəsaitlərin uçotunu aparmaq və sistemə düzgün daxil etmək
  • Yeni alınmış vəsaitlərin amortizasiya və istismar müddətlərini müəyyənləşdirmək
  • Alış sənədlərini müqavilə və sifariş blanklarına uyğun olaraq yoxlamaq və təsdiqləmək
  • Həftəlik ödəniş planlarını hazırlamaq, tədarükçü və podratçılar üzrə ödəniş prosesini izləmək
  • Təhtəl şəxslərə vəsait ayırmaq, təhtəl kassalara nəzarət etmək və üzləşmələri aparmaq
  • Tikinti və təmir layihələri üzrə smeta sənədlərini və forma 2-ləri yoxlamaq
  • Filial sayımı sonrası artıq və əskik gəlmələri sistemə işləmək və təhlil etmək
  • Aylıq silinmələri, qalıq dəyərləri və faktiki alışları təhlil edərək hesabatlar hazırlamaq
  • İş fəaliyyəti ilə bağlı hesabatların vaxtında hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək

Tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə)
  • Mütləq müvafiq sahədə minimum 1 il iş təcrübəsi
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı
  • MS Excel və Tiger ERP proqramında sərbəst işləmək bacarığı
  • Logo Tiger ERP proqramı üzrə biliklər (üstünlükdür)
  • Analitik düşüncə və detallara diqqət
  • Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr

Maraqlanan namizədlər Müraciət Et dyüməsində qeyd olunan link-ə daxil ola bilərlər.

Dispetçer

Son tarix 03 iyl 2025 – cv@oba.az

İş yeri: Bakı şəh.,Məhəmmədi qəsəbəsi

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək;
  • Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
  • Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
  • Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
  • Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
  • Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
  • Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
  • Optimal marşrut xətlərinin hazırlanması.

Tələblər: 

  • Microsoft Office proqramlarını (xüsusilə Microsoft Excel) bilməli;
  • Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli.
  • Avtomaşınların texniki xarakteristikasını bilməli;
  • Texnikanın istismarı normativini bilməli.

İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN
  • İş qrafiki: 3növbəli;6 günlük (şənbə günü qısadılmış iş rejimi)

Təminatlar: 

  • Servis xidməti
  • Nahar
  • Korporativ nömrə.

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Dispetçer” yazıb CV göndərməklə müraciət edə bilər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!