Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2025 / 11:07

Macarıstan COP29 ilə bağlı bir daha mövqeyini ortaya qoydu

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Paris sazişinin imzalanmasından sonra ən əhəmiyyətli mərhələ olub. Tezadlar.az  xəbər verir ki, bu barədə Macarıstan Energetika Nazirliyinin energetika siyasəti üzrə dövlət katibinin müavini Mark Alfeldi-Boruss Bakıda keçirilən 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində çıxışı zamanı bildirib. Sitat:  “Biz COP29-u Paris sazişindən sonra dönüş nöqtəsi hesab edirik. İndi aydın şəkildə müəyyən edilmiş məqsədlər və maliyyə mənbələri var. Onlara nail olmaq üçün necə irəliləyəcəyimizi anlayırıq. İqlim maliyyələşdirilməsinə həsr olunmuş 6-cı Maddə, dünya üzrə “yaşıl layihə”lərin həyata keçirilməsi və maliyyələşdirilməsi üçün vacib və təsirli bir alətdir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!