Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2025 / 13:41

Göydələn sakinlərinin arzusu reallaşır: Mərkəzləşdirilmiş istilik sistemi qurulacaq…

Bir neçə ildən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq, daha təhlükəsiz mühit yaranacaq.

TEZADLAR.AZ  xəbər verir ki, bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən təşkil edilən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Nazir müavini deyib ki, indi əsas təhlükəli sayılan məsələ təbii qazın çoxmərtəbəli binalara daxil olması ilə bağlıdır: “Bu qanunun tətbiqindən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq”.

Qeyd edək ki, yeni qanun mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin yaradılmasını nəzərdə tutur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!