Bu gün 8 iyul tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans və “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi keçiriləcək. Qurumdan “Təzadlar”a verilən məlumata görə, konfransda rəsmi qurumların nümayəndələri, aparıcı media subyektlərinin rəhbərləri, millət vəkilləri və media ekspertləri iştirak edəcəklər.
Konfransın gündəliyində Milli Mətbuatın 150 illiyinə dair çıxışlar, Ulu Öndər Heydər Əliyevlə başlı xatirələr söyləniləcək.
Y.Məmmədli