Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2025-ci ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində 80 orqan transplantasiyası əməliyyatı icra olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Təzadlar”a bildirilib ki, bunlardan 56 %-ni böyrək, 38 %-ni qaraciyər, 6 %-ni isə sümük iliyi transplantasiyası əhatə edir. Sitat: “…sözügedən dövr ərzində icbari tibbi sığorta çərçivəsində icbari tibbi sığorta ilə 44 milyondan çox tibbi xidmət göstərilib. Cari ilin 6 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 3.6 milyondan çox şəxs tibb müəssisələrinə 12.3 milyon dəfə müraciət edib. Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir”.
Demək, hər kəs özünün həkimi olmalıdır ki…
Elşad