6 Avqust 2025 / 13:02

Uitkoffun Rusiyaya səfərinin əsas səbəbi açıqlanıb

ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynada nizamlanma üçün öz təyin etdiyi müddətə əməl etmək üçün xüsusi elçi Stiven Uitkoffu Rusiyaya göndərib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, Ağ Ev rəhbəri xüsusi nümayəndəsinə təzyiq edir ki, Moskva Ukraynada hərbi əməliyyatları avqustun 8-dək dayandırsın, bu müddət bitdikdən sonra Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini vəd etsin.

Bundan əvvəl Tramp 50 gün ərzində Ukrayna üzrə sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik tariflər tətbiq edəcəyini vəd etmişdi.

İyulun 28-də ABŞ prezidenti bildirib ki, o, Rusiyanın Ukrayna ilə bağlı razılığa gəlməsi üçün müddəti 10-12 günə endirir.

“Daha gözləməyin mənası yoxdur. Sadəcə, bu məsələdə heç bir irəliləyiş görmürük”, – o, qərarını şərh edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!