
O, korrupsiya əməllərində ittiham olunur. Qeyd edək ki, M.Şəkiliyev Azərbayanda saxlanılan ilk icra başçısı deyil. Belə ki, müxtəlif dövrlərdə hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın bəzi rayonlarında bu kimi əməliyyatlar həyata keçirilib. Bir neçə icra başçısı həbs edilib.

Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev 2019-cu ildə müavini Ramiz Tatarovla birlikdə həbs edilmişdi. O, 2021-ci ildə koronavirusdan vəfat edib. Ramiz Tatarov isə bir müddət əvvəl şərti azadlığa buraxılıb.

Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov da 2019-cu ildə saxlanılıb. O, 2023-cü ildə azadlığa buraxılıb, bir müddət sonra isə vəfat edib.

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev isə 2020-ci ildə tutulub. Onun cəzası 10 ildən 6 il 2 aya qədər azaldılıb.

İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev 2020-ci ildə DTX tərəfindən saxlanılıb. Ona 12 il həbs cəzası verilsə də, Ali Məhkəmə cəzanı 8 il 6 aya endirib.

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev də 2020-ci ildə saxlanılıb. O, 11 illik həbs cəzasına məhkum edilsə, Ali Məhkəmə cəzanı 8 il 3 aya qədər azaldıb.
***
2020-ci ildə həbs olunan daha bir rayon rəhbəri isə Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalovdur. Cəzası 12 ildən 11 il 9 aya endirilən N.Zeynalov hazırda həbsdədir.

Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərov da həbs həyatı yaşayıb. Belə ki, o, 2020-ci ildə həbs olunub. 2025-ci ildə isə azadlığa çıxıb.

2021-ci ildə həbs olunan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədova isə 11 il 6 ay həbs cəzası verilmişdi. Daha sonra onun cəzası 10 ilə endirilib…
Və çox təəssüflər olsun, həbs edilənlərin məşəqqətli və biabırçı həyatı qalan bəzi icra başçılarına dərs olmur!
“Təzadlar”








