Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüz başlayandan bəri Rusiya ordusu 20 800 əsgər, 169 təyyarə və 150 helikopter itirib…
Tezadlar.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Ukrayna MN-nin Baş Qərargahı məlumat yayıb. Belə ki, 2022-ci ilin 24 fevralından 19 aprelinədək Rusiyanın ümumi döyüş itkiləri təxminən bu qədərdir:
-Canlı qüvvə- təxminən 20.800 nəfər,
tanklar – 802 ədəd,
zirehli döyüş maşınları – 2063 ədəd,
artilleriya sistemləri – 386 ədəd,
MLRS – 132 ədəd,
hava hücumundan müdafiə sistemləri – 67 ədəd,
təyyarə – 169 ədəd,
helikopterlər – 150 ədəd,
avtomobil avadanlığı – 1495 ədəd,
gəmilər/ qayıqlar – 8 ədəd,
yanacaq və sürtkü yağları olan çənlər – 76,
Əməliyyat-taktiki səviyyəli PUA – 158,
xüsusi avadanlıq – 27,
işə salma qurğuları OTRK / TRK – 4.
Məlumatlar daim yenilənir…
***
Müharibənin gətirdiyi dağıntılar, 5 milyondan çox qaçqın və məcburi köçkün… Bunlar lazım idimi???
A.Məmmədli