Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fənərbaxçaya böyük ümidlərlə transfer olunan Anderson Taliska ilə bağlı ayrılıq qərarı gündəmə gəlib. Braziliyalı ulduz futbolçu ilə Flamengo və Fluminense klublarının maraqlandığı bildirilib və hər iki komandanın rəsmi təklif hazırlığında olduğu deyilir.
Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən mövsümün qış fasiləsində Səudiyyə Ərəbistanının Al-Nassr klubundan transfer olunan Anderson Taliska, Fənərbaxçaya yüksək gözləntilərlə gəlmişdi. Lakin futbolçunun müqaviləsi mövsüm sonunda başa çatır və klubla gələcəyi hələ dəqiq deyil.
Braziliyadan iki güclü klub – Flamengo və Fluminense – Taliska üçün rəsmi danışıqlara başlamaya hazırlaşır. Fənərbaxça rəhbərliyinin bu təkliflərə açıq olduğu qeyd edilir. Flamengo transfer yarışında bir addım öndə göstərilir.
Prezident Sadettin Saran və rəhbərlik, Taliska transferindən klubun maaş yükünü azaltmaq niyyətindədir. Gələcək ilk rəsmi təklifin dərhal dəyərləndiriləcəyi bildirilir.