21 Aprel 2022 / 14:55

RUSİYANIN SU-25-İ VƏ PİLOTSUZ TƏYYARƏSİ MƏHV EDİLDİ- FOTO

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın Su-25 hücum təyyarəsini və Orlan-10 PUA-nı vurub.

Tezadlar.az bildirir ki, komandanlığın mətbuat mərkəzi bu gün məlumat yayıb. Sitat: “Aprelin 21-də Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbi hissələri düşmənin Su-25 hücum təyyarəsini və çoxməqsədli Orlan-10 pilotsuz uçuş sistemini məhv edib”.Xatırladırıq ki, bu hədəflər “Stinger” və “Starstreak” zenit-raket komplekslərindən vurulub. Bunun hansı istiqamətdə baş verdiyi isə hələki hərbi sirr olaraq açıqlanmır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!