Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənildiyinin əksinə olaraq ABŞ Prezidenti Donald Tramp dünən oktyabrın 17-də Ağ Evdə keçirilən görüşdə Ukrayna lideri Volodimir Zelenskiyə bildirib ki, ən azı hazırkı məqamda Kiyevə uzaq mənzilli “Tomahawk” raketlərini tədarük etmək niyyətində deyil. Tezadkar.az xatırladır ki, bu barədə “Axios” portalına görüş haqqında məlumatlı olan iki mənbə bildirib. Məlum olur ki, Tramp hazırda prioritetinin diplomatiya olduğunu bildirши və “Tomahawk”ların tədarükünün bu səyləri zəiflədə biləcəyini düşünür. Mənbələrdən biri görüşün “asan keçmədiyini” bildirib, digəri isə sadəcə “pis keçdiyini” deyib. “ABŞ-nin münaqişənin diplomatik həlli ilə bağlı hazırkı təklifi cəbhə xəttini dondurub müharibəyə son qoymaqdır”, – portal qeyd edib.
Tramp münaqişənin dondurulmasına “Truth Social”dakı paylaşımında da işarə edib. Sitat: “Onlar (Rusiya və Ukrayna – red.) olduqları yerdə dayanmalıdırlar. Qoy hər iki tərəf qələbə qazansın, qoy hər şeyi tarix müəyyənləşdirsin”.
Maraqlıdırş hər şeyi tarix müəyyənləşdirəcəkdisə, bəs onda niyə hər iki tərəfi barışdırmaq üçün bu müddətdə bu qədər cəhdlər edilirdi? Və belə çıxır ki, Ukrayna oyundan kənar vəziyyətə salınmaqla, Rusiya isə indiyədək olan itkiləri ilə baş- başa qalacaq?
Nəsə, deyəsən, ABŞ- ın yoğurduğu bu “xəmir” hələ çox su aparacaq… Artıq Avropa ölkələrinin liderləri də Trampın dünənki mövqeyindən ciddi narazıdırlar…
A.Məmmədli