Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Rusiya ordusu Ukraynanın Nikolayev şəhərinə kaset başlıqlı “İskəndər” ballistik raketi ilə zərbə endirib, nəticəsə bir nəfər həlak olub, 15 nəfər yaralanıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Nikolayev Regional Administrasiyasının rəhbəri Vitaliy Kim bildirib. Məlumatda yaralananlar arasında azyaşlının da olduğu bildirilir. Rusiya ordusunun hücumu şəhərdə ciddi dağıntılara səbəb olub və yerli hakimiyyət orqanları vəziyyəti nəzarət altında saxlamaq üçün tədbirlər görür.
Ukrayna ordusu isə Rusiyanın neft emalı zavodlarına güclü dron zərbələri endirib.
Bu arada Ukraynanın Pakrovka şəhəri uğrunda qanlı döyüşlər gedir. Hətta Rusiya mediası şəhərin guya ələ keçirildiyini, Putinin ora gedəcəyini yazır. Amma Ukrayna Müdafiə Nazirliyi bunu tamamilə təkzib edir.
A.Məmmədli