3 Noyabr 2025 / 08:11

Trampdan Putinə “nüvə silahı” hədəsi: “Bizdə…”

ABŞ prezidenti Donald Tramp Putinin son günlər yeni nüvə başlığı daşıyan raketlərdən danışmasına cavab olaraq ölkəsinin “dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahına” sahib olduğunu və ABŞ-ın “nüvə silahını sınaqdan keçirməyən yeganə ölkə” olmasını istəmədiyini dilə gətirib. Tezadlar.az bildirir ki, o, “CBS News”-a verdiyi müsahibəsində bu barədə danışıb. Sitat: “Bizim digər ölkələrdən daha çox nüvə silahımız var. Və düşünürəm ki, nüvəsizləşdirmə (nüvə silahlarının tədricən azaldılması və ya tamamilə ləğvi prosesi – red.) ilə bağlı bir şey etməliyik.”
Trampın sözlərinə görə, o, bu məsələni Rusiya və Çin liderləri – Vladimir Putin və Si Cinpin ilə müzakirə edib. Sitat: “Bizim dünyanı 150 dəfə partlatmaq üçün kifayət qədər nüvə silahımız var. Rusiyanın  da çoxlu nüvə silahı var və Çinin də o cümlədən… Amma bunlar nə üçündür? Dünyanı dağıtmaq üçünmü?”.
Trampın nüvə silahlarının azaldılması prosesi ilə bağlı açıqlamalarından sonra “CBS News” jurnalisti ABŞ-ın bəs onda niyə nüvə silahının sınağını keçirəcəyini soruşub. Tramp cavab olaraq bildirib ki, o, ABŞ-ın “test keçirməyən yeganə ölkə olmasını” da istəmir. “Rusiya test keçirəcəyini açıqlayıb… Şimali Koreya daim test edir. Digər ölkələr də test edir. Biz test keçirməyən yeganə ölkəyik və mən istəmirəm ki, biz də test keçirməyən yeganə ölkə olaraq qalaq. Biz hər şeyə hazır olmalıyıq…”.

Rusiya mətbuatı son günlər nüvə başlıqlı raketlərin sınaqdan keçirildiyini əks etdirən görüntüləri yaymaqdadır. Bu sınaqlar həm qurudaş həm də sualtı daşıyıcılarda aparılır. A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!