Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-da yaşayan ukraynalılar həmvətənlərinin Rusiyaya köçürülməsi proqramına maraq göstərməyə başlayıblar.
Tezadlar.az xəbər verir ki, bunu Rusiyanın Nyu-Yorkdakı baş konsulu Aleksey Markov “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.
“Rusiya vətəndaşlığını almaq istəyən Ukrayna vətəndaşları hazırda həmvətənlərinin köçürülməsi üzrə dövlət proqramının üsulları ilə bağlı fəal şəkildə sorğu aparırlar”, – deyə diplomat bildirib və bu məsələ ilə bağlı sorğu edənlərin sayının 2025-ci ildə eksponensial olaraq artdığını vurğulayıb.
Markov qeyd edib ki, Rusiyaya köçməyin motivləri çox müxtəlifdir: bəziləri ailəsi ilə yenidən birləşmək istəyir, digərləri sadəcə ABŞ-dakı həyatdan narazıdır, bəziləri isə hətta zorla Ukraynaya qaytarılmaqdan qorxurlar.
Bir müddət əvvəl Ukraynada çoxvətəndaşlıq haqqında qanun qüvvəyə minib. Buna əsasən, ukraynalılar ABŞ, Kanada, Almaniya, Polşa və Çexiyada ikili vətəndaşlıq ala biləcəklər.
E.ŞİRİNOV