Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Fevral 2026 / 19:40

ABŞ-dən Kastro ailəsi ilə gizli görüş iddiası

ABŞ dövlət katibi Marko Rubio Kubanın Dövlət Şurası və Nazirlər Şurasının keçmiş sədri (2008-2018-ci illər) Raul Kastronun nəvəsi Raul Qilyermo Rodriqes Kastro ilə Kubanın gələcəyi barədə gizli şəkildə danışıqlar aparır.

Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, danışıqlar Kuba hökumətinin rəsmi kanallarından kənar aparılır.

“Mən bunu danışıqlardan çox, gələcəyin müzakirəsi adlandırardım”, – mənbədə deyilib.

Qeyd olunub ki, ABŞ liderinin nümayəndələri digər nüfuzlu kubalılarla da ünsiyyətdə olublar, lakin məhz Raul Qilyermo Rodriqes Kastro ABŞ-nin əlaqələr qurmalı olduğu əsas fiqur kimi nəzərdən keçirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!