Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Ukraynada mümkün atəşkəsi təmin etmək üçün kəşfiyyat və digər imkanlardan istifadə edəcəyinə söz verib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) Avropa və Ukrayna rəsmiləri arasında mənbələrə istinadən məlumat yayıb.
“ABŞ Kiyevlə müzakirə olunan ikitərəfli təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq istənilən potensial atəşkəsə riayət olunmasını təmin etmək üçün kəşfiyyat və digər yüksək texnologiyalı imkanlardan istifadə edəcəyinə söz verib”, – nəşr bildirir.
Bir qədər əvvəl “The Washington Post” qəzeti Rusiya və Ukrayna arasında münaqişələrin həlli ilə bağlı danışıqların ərazi məsələləri, Zaporojye Atom Elektrik Stansiyasına nəzarət və Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı fikir ayrılıqları fonunda “dalana dirəndiyini” bildirmişdi.
18 fevralda Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci raundu başa çatıb.
E.ŞİRİNOV