19 Fevral 2026 / 15:00

ABŞ-İran müharibəsinin mümkün iki nəticəsi müəyyən edilib

İran və ABŞ arasında yenidən baş verən müharibə Amerika əsgərləri arasında yüz minlərlə itki ilə nəticələnəcək.

Tezadlar.az bildirir ki, Helsinki Universitetinin professoru Tuomas Malinen bu açıqlamanı sosial media səhifəsində verib.

“ABŞ və İran arasında müharibənin yalnız iki nəticəsi ola bilər: 1) On və ya yüz minlərlə amerikalı itkisi ilə nəticələnən quru müharibəsi. 2) İrana nüvə zərbəsi”, – deyə finlandiyalı ekspert yazıb.

Bir müddət əvvəl ABŞ-ın yüksək vəzifəli milli təhlükəsizlik mənbələri “The New York Times” qəzetinə bildiriblər ki, onlar ABŞ prezidenti Donald Trampı İranda rejim dəyişikliyi əməliyyatının uğursuzluğu ilə bağlı xəbərdar ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!